Rusiya amerikalı jurnalistin həbs müddətini uzatdı

rusiya-amerikali-jurnalistin-hebs-muddetini-uzatdi
Oxunma sayı: 709

Moskvanın Lefortovo məhkəməsi “The Wall Street Journal”ın (WSJ) jurnalisti, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 2024-cü ilin yanvar ayının sonuna qədər uzadıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin Mətbuat xidməti yayıb. 

Xatırladaq ki, Qerşkoviç mart ayında casusluqda ittiham edilərək Yekaterinburq şəhərində saxlanılıb və daha sonradan Moskvada həbs edilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, 32 yaşlı jurnalist ABŞ-nin göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.