Rusiya Kiyev vilayətini yenidən atəşə tutdu

rusiya-kiyev-vilayetini-yeniden-atese-tutdu
Oxunma sayı: 1698

Rusiya ordusu Ukraynanın Kiyev vilayətini yenidən atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı vilayətin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi vilayəti kamikadze-dronlarla atəşə tutur.

Kuleba vilayət sakinlərini həyəcan siqnalı dayandırılana qədər sığınacaqlarda qalmağa çağırıb.