Rusiya Slavyanskı atəşə tutdu  - 2 ölü, 29 yaralı

rusiya-slavyanski-atese-tutdu
Oxunma sayı: 1640

Rusiya qoşunları Ukraynanın Slavyansk şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 29 nəfər isə yaralanıb. 

Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun məlumatına görə, Rusiya ordusu şəhərin mərkəzinə iki “S-300” raketi atıb. Nəticədə inzibati və ofis binaları, 5 hündürmərtəbəli bina və 7 fərdi ev dağılıb. Ölənlərin sayının artacağı istisna edilmir.