Rusiya Ukrayna ilə sülhə bu şərtlərlə razı olduğunu açıqladı

rusiya-ukrayna-ile-sulhe-bu-sertlerle-razi-oldugunu-aciqladi
Oxunma sayı: 5076

Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin Moskvanın bir sıra şərtləri var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN başçısının müavini Mixail Qaluzin RTV1-ə müsahibəsində deyib.

Diplomat Ukrayna və Avropada hərtərəfli, ədalətli və davamlı sülhün mümkünlüyü üçün şərtləri sadalayıb. Onun sözlərinə görə, Qərb Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmalıdır.

Bundan başqa, bütün silahlı birləşmələr hərbi əməliyyatların aparılmasına son qoymalı, o cümlədən xarici muzdlular ölkə ərazisindən çıxarılmalıdır.

Qaluzin, həmçinin bildirib ki, Ukrayna NATO və Avropa Birliyinə qoşulmaqdan imtina etməlidir.