“Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?” sualına - Kulebadan cavab

rusiya-ukrayna-muharibesi-ne-vaxt-bitecek-sualina
Oxunma sayı: 4432

“Ukraynalılar qələbənin vaxt aparacağına hazır olmalıdırlar. Nə qədər vaxt aparacaq? Həftələr, altı aylar və ya bir il başqa sualdır, amma qələbə mütləq gələcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba TSN-ə müsahibəsində deyib.

“Əgər özümüzə başqa yanaşmaya icazə versək və müddətlər təyin etsək, biz bunu edəcəyik. Ya döyüşürük, ya da gələn qışa qədər vuruşarıq, sonra bacara bilmərik – bu, məğlubiyyət yoludur, Ukrayna bu yolu öhdəsinə götürə bilməz. Qələbə üçün nə qədər vaxt lazımdırsa, müharibə o qədər də davam edəcək.” - Kuleba bildirib.