Rusiya Ukraynaya məxsus 8 PUA vurub

rusiya-ukraynaya-mexsus-8-pua-vurub
Oxunma sayı: 1246

“Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, sentyabrın 25-nə keçən gecə Ukrayna PUA-ları Qara dənizin şimal-qərb hissəsi, Krım, eləcə də Kursk və Bryansk vilayətləri üzərində vurulub.