Rusiya və Türkiyə ölkədəki inflyasiyaya səbəb olan əsas ölkələrdəndir

rusiya-ve-turkiye-olkedeki-inflyasiyaya-sebeb-olan-esas-olkelerdendir
Oxunma sayı: 1483

Qlobal miqyasda, o cümlədən əsas xarici ticarət tərəfdaşlarında inflyasiyanın yüksək olması idxal kanalları vasitəsilə ölkə daxilində inflyasiyaya təzyiq göstərən mühüm amillərdən olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilib.

“Ötən il izlənilən inflyasiya 2008-ci ildən sonra ən yüksək tempdə olub, yüksək artıma dünya bazarında ərzaq məhsullarının bahalaşması, əsas ticarət tərəfdaşlarında inflyasiyanın sürətlənməsi, ölkə daxilində tələbdə müşahidə edilən aktivlik, eləcə də 2021-ci ilin yüksək inflyasiya göstəriciləri də təsir edib”, - deyə rəydə bildirilir.

Qeyd edilib ki, idxalda əsas rolu olan ölkələr 18.8 %-lə Rusiya, 15.8 %-lə Türkiyədir. 

Zaur Mirzə