Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ senatoru Lindsi Qremi axtarışa verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun məlumat bazasında qeyd olunur.
“Qrem Lindsi Olin, amerikalı, 9 iyul 1955-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin maddəsinə əsasən axtarılır”, - məlumatda deyilir. Söhbətin hansı maddədən getdiyi açıqlanmır.
Xatırladaq ki, bu günlərdə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin rusofob ifadələr faktı ilə bağlı L. Qrem barəsində cinayət işinin açılmasını tapşırmışdı.
Son xəbərlər
Son Xəbərlər