Rusiyada azərbaycanlıların toyunda yoxlama, saxlanılanlar var - Video

rusiyada-azerbaycanlilarin-toyunda-yoxlama-saxlanilanlar-var
Oxunma sayı: 8917

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların keçirdiyi toy yarıda dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Caspian Live” teleqram kanalı yayıb.

Məlumata görə, buna səbəb polis əməkdaşlarının toya gələrək qonaqların sənədlərini yoxlaması olub.

Bildirilir ki, yoxlama zamanı 5 nəfər saxlanılıb. Onların deportasiya ediləcəyi gözlənilir.