Rusiyada dəmir yolunda partlayış - Video

rusiyada-demir-yolunda-partlayis
Oxunma sayı: 2921

Rusiyanın Bryansk vilayətində dəmir yolunda partlayış baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb əldəqayırma partlayıcı qurğunun relslərin üzərinə yerləşdirilməsi olub. 

Yük qatarı relsin üzərindən keçdikdə partlayış baş verib. 

Nəticədə qatarın 7 vaqonu relsdən çıxıb. Buna baxmayaraq, qatarın maşinisti və onun köməkçisi ciddi xəsarət almayıb. 

Hazırda polis hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri axtarır.