Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək

rusiyada-dovlete-xeyanete-gore-omurluk-hebs-cezasi-verilecek
Oxunma sayı: 1283

Rusiyada dövlətə xəyanətə görə ömürlük həbs cəzası veriləcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanunu imzalayıb. 

Əvvəllər dövlətə xəyanətdə ittiham olunan şəxsləri 20 ilə qədər həbs cəzası gözləyirdi.

Bununla yanaşı, Rusiyada terrorçuluğa görə cinayət məsuliyyəti də sərtləşdirilib. Belə ki, terror aktına görə həbs cəzasının müddəti 15 ildən 20 ilə qədər artırılıb. Beynəlxalq terror aktının törədilməsinə görə isə cəzanın müddəti 12 ildən ömürlük həbs cəzasına qədər təşkil edəcək. 

Eyni zamanda, terror qruplaşmasına iştirakda təqsirli bilinən şəxsləri 10 ildən 15 ilə qədər həbs cəzası gözləyəcək. Əvvəl buna görə cəza 5 ildən 10 ilə qədər təşkil edirdi.

Günel İbrahimova