Rusiyada döyüşdən qayıtmayanlar bu müddətə gözlənilə bilər

rusiyada-doyusden-qayitmayanlar-bu-muddete-gozlenile-biler
Oxunma sayı: 3652

Rusiya Dövlət Dumasının bir qrup senatoru və deputatı hərbçilərin itkin və ölü kimi tanınması müddətini iki ildən altı aya endirməyi təklif ediblər. 

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun fevralın 24-ü 2022-ci ildən sonra müharibədə yoxa çıxan bütün əsgərlərə şamil edilməsi təklif edilir.

Senator Andrey Turçakın sözlərinə görə, qanun layihəsi, əsasən, sosial yönümlüdür və hərbi qulluqçuların ailə üzvlərinin maraqlarını və hərbi qulluqçuların əmlaklarının təhlükəsizliyinin qoruması məqsədini daşıyır:

"Ona görə də hərbçilərin itkin və ölü kimi tanınma müddətini azaltmaq üçün Mülki və Mülki Prosessual Məcəllələrə dəyişiklik etmək lazımdır".