Rusiyada minlərlə ev su altında qalıb - Video

rusiyada-minlerle-ev-su-altinda-qalib
Oxunma sayı: 2508

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su bəndi tamamilə uçub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Ural çayı üzərində yerləşən bu bənd su axınına tab gətirə bilməyib və nəticədə dağılıb. 

Bildirilir ki, sutka ərzində Aktyubin su anbarında suyun həcmi 3 dəfə artıb. 

Ümumilikdə isə Orskda daşqın səbəbindən 2400-dən çox evi su basıb. Ərazidən 711 nəfər təxliyə edilib.

Məlumata görə, şəhərdə 3 nəfərin cəsədi aşkar edilib. Hazırda onların ölüm səbəbi araşdırılır.