Rusiyada köməksiz qalan 374 balıqçı xilas edildi - Video - Yenilənib

rusiyada-komeksiz-qalan-374-baliqci-xilas-edildi
Oxunma sayı: 4126

Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. 

Bildirilib ki, hazırda Oxot dənizində həmin balıqçıların buz üzərindən xilas edilməsi üzrə əməliyyat həyata keçirilir. Buz parçası ilə sahil arasında 700 metr məsafə var. 

Ən son məlumata görə, hələ ki 66 balıqçını xilas etmək mümkün olub. Xilasetmə əməliyyatına “Mi-8” helikopteri cəlb edilib.

***

Rusiya FHN-in məlumatına görə, Saxalində xilasetmə əməliyyatı uğurla başa çatdırılıb və buz parçasının üzərindən 374 balıqçı xilas edilib. 

Balıqçılar sahilə çatdırılıb.