Rusiyadakı azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyənləşdi

rusiyadaki-azerbaycanlilarin-olkeye-buraxilma-vaxti-mueyyenlesdi
Oxunma sayı: 4805

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlanıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib.

“COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə XİN-in məlumatında qeyd olunub.