Rusiyanı “geri çəkilməyə” çağırdılar

rusiyani-geri-cekilmeye-cagirdilar
Oxunma sayı: 2480

Almaniya kansleri Olaf Şolts və 3 Baltikyanı dövlətin lideri- Estoniyanın Baş naziri Kaja Kallas, Latviya Baş naziri Krisjanis Karins və Litvanın Baş naziri İnqrida Simonyte Rusiyanı “geri çəkilməyə” çağırıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar bu haqda Estoniyanın paytaxtı Tallinndə keçirilən mətbuat konfransında müzakirə aparıblar.

Almaniya kansleri Olaf Şolts Ukrayna ilə “çiyin-çiyinə” durmağa davam etdiklərini bildirib:

“Ukraynaya nə qədər uzun olsa da, dəstək verəcəyik. Rusiya bu müharibənin mənasız olduğunu qəbul etməli və qoşunlarını geri çəkməlidir”.

Baltikyanı ölkələrlə Almaniyanın Avropa İttifaqı (Aİ) və NATO çərçivəsində birgə işlədiyini vurğulayan Şolts əlaqələrin sıx əməkdaşlıq və etimad əsasında davam etdiyini qeyd edib.