Rusiyanın axtardığı şəxs Bakı aeroportunda tutuldu

rusiyanin-axtardigi-sexs-baki-aeroportunda-tutuldu
Oxunma sayı: 7594

Rusiyanın axtarışa verdiyi şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə yanvarın 22-si saat 22 radələrində baş verib.

Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Bayramov Mustafa Nəriman oğlu saxlanılıb. Onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.

M.Bayramov aidiyyəti üzrə təhvil verilib.

Nizam Rza