Rusiyanın bu hava limanlarında məhdudiyyətlər tətbiq edildi

rusiyanin-bu-hava-limanlarinda-mehdudiyyetler-tetbiq-edildi
Oxunma sayı: 1724

Rusiyanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” beynəlxalq hava limanları təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə teleqram kanalında Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib.

Korenyakonun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Moskva üzərində uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır.