“Rusiyanın Ermənistana münasibəti düşmən xarakterli deyil”

rusiyanin-ermenistana-munasibeti-dusmen-xarakterli-deyil
Oxunma sayı: 1663

“Rusiyanın Ermənistana qarşı münasibətinin düşmən xarakterli olduğunu düşünmürəm”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan Rusiyanın Ermənistanla bağlı münasibətini düşmən xarakterli adlandıran jurnalistə cavab olaraq bildirib:

“İki ölkə arasındakı münasibətlərə dair qiymətləndirmənizlə razı deyiləm. Hesab edirəm ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərimizin inkişafı və dərinləşdirilməsi üçün hər şeyi etməliyik”.