Saatlıda dəhşətli qəza - 3 yaşlı uşaq öldü

saatlida-dehsetli-qeza
Oxunma sayı: 750

Saatlı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.
 
Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi  “54 BF 813” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ağaca çırpılıb.
 
Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.