Sabah çimərliklərdə hava necə olacaq?

sabah-cimerliklerde-hava-nece-olacaq
Oxunma sayı: 976

Avqustun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrimeteorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah çimərliklərdə şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti olacaq.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.