Sabahdan kamera vasitəsilə də cərimə yazılacaq

sabahdan-kamera-vasitesile-de-cerime-yazilacaq
Oxunma sayı: 21264

İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və sabahdan qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq. 

“Qafqazinfo” xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.

O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır.