Sabiq icra başçısının qadın müavini məhkəmə zalında həbs olundu

sabiq-icra-bascisinin-qadin-muavini-mehkeme-zalinda-hebs-olundu
Oxunma sayı: 10163

Neftçala Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqovaya 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.

Həmçinin oxuyun: Alpinist” generalın oğlunun evindən bu qədər qızıl oğurlayıb

Qeyd edək ki, ötən ilin fevralında Dövlət Təhlükəsizliyi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan G.Sadıqova barəsində başqa yerə getməmək iltizam tədbiri seçilmişdi.

O, sabiq icra başçısı İsmayıl Vəliyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini olub.