Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Osmanlı kəndinin ərazisində qeydə alınıb.
Belə ki, “Vaz 2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Qəzada Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim İbrahimov ölüb.
Həmin şəhərdən olan 1971-ci il təvəllüdlü Qasımov Oktay Qurban oğlu, 2001-ci il təvəllüdlü Qədirli Kamal Mövsüm oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər