Sabunçu rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi

sabuncu-rayonunda-novruz-bayrami-tenteneli-sekilde-qeyd-edildi
Oxunma sayı: 2081

Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Abadlıq Xidməti MMC-nin birgə təşkilatçılığı ilə rayonun Ramana qəsəbəsində yerləşən möhtəşəm Ramana qalasında Novruz bayramı böyük coşquyla qeyd edilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin nümayəndələri, qeyri-hökumət təşkilatkarı və rayon sakinləri iştirak ediblər.

Dədə Qorqud personajı qonaqları salamlayaraq xeyir-duası ilə tədbiri açıq elan edib.

Novruz tonqalını alışdırdıqdan sonra Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və qonaqlar pəhləvanların Ramana qalasında təşkil olunan cəsarətli çıxışlarını izləyiblər.

Tədbir müxtəlif musiqili qonaqların şən ifaları ilə davam edib.

Novruz personajları Kosa və Keçəlin rəngarəng çıxışları isə bayram tədbirinə xoş ovqat qatıb.