Bu gün “20 Yanvar” faciəsinin 34-cü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və qurumun əməkdaşları, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin digər üzvlərinin iştirakı ilə ilk öncə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edilib.
“Qafqazinfo” xəbər verir ki, daha sonra Şəhidlər Xiyabanına yollanaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.
Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsi zamanı şəhid və əlil olanların ailələri humanitar yardımla təmin edilib.



Son xəbərlər
Son Xəbərlər