Sabunçuda uşaqlar üçün festival təşkil edildi - Fotolar

sabuncuda-usaqlar-ucun-festival-teskil-edildi
Oxunma sayı: 1445

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, festivalda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov və s. iştirak ediblər.
Festivalda müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri, rəsm əsərləri sərgiləndi və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirilib. 

Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin sənətkarları uşaqlar üçün dulusçuluq, keramika və rəngkarlıq üzrə master klasslar təşkil edib.
Festival rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. 
 
Bakı Abadlıq Xidməti MMC tərəfindən festivalda iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub.