“Güclü qadındır. O, sağalmaq üçün hər şeyi edir".
“Qafqazinfo” xəbər verir ki, bunu dünyaca məşhur müğənni Selin Dionun bacısı onun səhhətindən danışarkən deyib.
O bildirib ki, bacısı ölümcül xəstədir və sağalması üçün əlindən gələni edir:
"Onun nəzarətdən kənar spazmları var. İnsanlar gecələr tez-tez ayaq və ya baldır kramplarına görə oyanır, lakin bacım bütün bədən əzələlərindəki kramplara görə. Ona dəstək olmağa, ağrısını yüngülləşdirməyə edə biləcəyimiz çox az şey var”.
Qeyd edək ki, C. Dion sağalmaz nevroloji xəstəlik olan əzələ sərtliyi sindromundan əziyyət çəkir.
Son xəbərlər
Son Xəbərlər