Şagirdlərin Azərbaycana səfəri dünya mediasında

sagirdlerin-azerbaycana-seferi-dunya-mediasinda
Oxunma sayı: 666

ABŞ-dakı Atlanta Yəhudi Akademiyasının bir qrup şagirdi Azərbaycana tanışlıq səfərlərindən sonra ölkəmizi  “Dini tolerantlığın mayakı” kimi dəyərləndiriblər. 

“Qafqazinfo” xəbər verir ki, Amerikalı yəhudi şagirdlərinin Azərbaycan səfəri cari ilin 13-19 mart tarixlərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub. Akademiyanın 10-17 yaş arası olan beş məktəblisi ravvin Reuven Trevis və Atlanta yəhudi icmasının rəhbəri Corc Birnbaumun müşayiəti ilə Azərbaycana səfər ediblər. Qeyd edək ki, bu, Atlanta Yəhudi Akademiyası şagirdlərinin Azərbaycana sayca ikinci səfəridir.   

Sonuncu səfər dünya mediasında geniş işıqlandırılıb. “Azerbaijan Praised as ‘Beacon of Religious Tolerance’ Following Visit by Children from Atlanta Jewish Academy” başlıqlı xəbər dünyanın 158 kütləvi informasiya vasitələrində dərc edilib. Bunlara 76 milyon gündəlik izləyicisi olan “Yahoo! Finance”, hər birinin 600 000 gündəlik izləyicisi olan “Dow Jones MarketWatch”, və “Yahoo Singapore”, “New York Business Journal” və “Atlanta Business Chronicle” kimi məşhur saytlar, həmçinin ABŞ və Avropada fəaliyyət göstərən onlarla televiziya kanalı və xəbər saytları da daxildir. “Bank of America” bankının nüfuzlu investisiya nəşri “Merrill Edge” və onlayn nəşr olan “Silicon Valley Globe”  da bu xəbəri öz səhifəsində yerləşdirib.
  
Atlanta Yəhudi icmasının rəhbəri Corc Birnbaumun sözlərinə görə, bütün dünyada artan dini gərginliyi nəzərə alaraq, Amerikadan olan yəhudi uşaqlar üçün Azərbaycan kimi müasir, plüralist və tolerant müsəlman ölkəsi ilə əyani tanışlıq zərurətdir. Burada yəhudi və müsəlman icmaları, hökumət və yəhudi icması arasında həqiqi dostluq vardır.