“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasındakı komanda yoldaşı Mahir Emreli haqqında maraqlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, millimizin təlim-məşq toplanışı üçün Bakıya gələn forvardın fotosunu paylaşaraq üzərinə “bomj gəldi” yazıb.
Şahruddin fotoda Mahirin şalvarının yırtığına eyham vuraraq bu cür paylaşım edib.
Bu foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.