Sakinlər vatsapla şikayət etdi, bu sürücülər cərimələndi - Video

sakinler-vatsapla-sikayet-etdi-bu-suruculer-cerimelendi
Oxunma sayı: 3889

Daha bir yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücülər cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat yayıb.

Şöbə rəisinin sözərinə görə, “MİDA” yaşayış kompleksinin sakinləri tərəfindən 050-8000-902 vatsap nömrəsinə gələn çoxsaylı müraciətlər əsasında tərəfimizdən qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilib.

“Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur. Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcək”, - qurum rəsmisi əlavə edib.