Şakira ilkə imza atdı - Fotolar

sakira-ilke-imza-atdi
Oxunma sayı: 4862

Nyu-Yorkda “MTV Video Music Awards 2023” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qırmızı xalıya Şakira oğulları ilə, Teylor Svift, Emili Ratakovski, Cared Leto, Selena Qomes, Kardi Bi, Rita Ora və digərləri çıxıb.  

Şounun aparıcısı Niki Minaj olub.

Şakira ən prestijli mükafatlardan birinə - “Video Vanguard”a layiq görülüb. O bu mükafatı alan ilk Cənubi Afrikalı artist olub. Şakira, həmçinin 2006-cı ildən bəri ilk dəfə mərasimdə çıxış edib.  

Teylor Svift isə dörd mükafata layiq görülüb: “İlin mahnısı”, “Pop üslubunda ən yaxşı mahnı”, “Ən yaxşı rejissor işi” və “İlin videosu”.