“Saloğlu Mebel” Bərdə mağazasının rəsmi açılışını etdi - Video

saloglu-mebel-berde-magazasinin-resmi-acilisini-etdi
Oxunma sayı: 1225

“Saloğlu Mebel” bu dəfə Bərdə sakinlərini sevindirdi. Növbəti diler mağazasını Bərdə və ətraf region alıcılarının xidmətinə verdi.

Bərdə şəhərində açılan “Saloğlu Mebel” mağazasında şirkətin bütün növ mebellərinə eyni qiymət və eyni şərtlərlə sahib ola bilərsiniz. Mebelləri endirimli qiymətlərlə istər nağd, istər taksit kartı, istərsə də daxili kreditlə əldə etmək mümkündür. “Saloğlu” fabriklərində mebellər yüksək alman və italyan texnoloji dəzgahları vasitəsilə istehsal edilməkdədir. İstehsalatda istifadə edilən xammallar dünyanın öndə gedən firmalarından alınaraq ölkəmizə gətirilir. 

“Saloğlu mebel”in məqsədi hər evdə “Saloğlu” keyfiyyətində sağlam mebellərin olmasını təmin etməkdir. “Saloğlu” fabriklərinin istehsal etdiyi məhsullar ekoloji cəhəttən insan sağlamlığına zərəri olmayan xammallardan hazırlanır. 

İnsan sağlamlığı ön planda tutularaq istehsal edilən mebellərə hər kəsin daha əlçatan olması üçün digər bölgələrdə də “Saloğlu” diler mağazaları açılacaqdır. “Saloğlu mebel” mağazası olmayan bölgələr üzrə diler müraciətləri qəbul edilməkdədir. Öz bölgəsində “Saloğlu” diler mağazası kimi fəaliyyət göstərmək istəyən iş adamları şirkətə müraciət edə bilər. Namizədlər dəyərləndirilir və uyğun olan namizədlə əməkdaşlıq müqaviləsi bağlanılır. “Saloğlu” şirkətinin əsas hədəfi ölkə daxilində olduğu kimi, dünya bazarında da “Saloglu - Made in Azerbaijan” brendi olaraq ölkəmizi laiqincə təmsil etməkdir. 

“Saloğlu” şirkətinin satış direktoru Elşən Bayramlı televiziya kanallarına müsahibəsi zamanı bunları deyib: “Şirkətimiz ölkə başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstəkdən faydalanaraq sürətlə inkişaf etməkdədir. Məqsədimiz ölkənin bütün regionlarında əhalimizə daha yaxından xidmət göstərməkdir. Hədəfimiz “Saloğlu” markasını Azərbaycan brendi olaraq ölkə daxilində olduğu kimi, ölkə xaricində də layiqincə təmsil etməkdir. Plan üzrə növbəti mağaza açılışımız Şamaxı regionunda olacaq. Filialımız olmayan bölgələr üzrə diler müraciətləri qəbul edilməkdədir. Hər bir müraciət dəyərləndirilərək uyğun namizədlərlə diler müqaviləsi bağlanacaqdır”.

“Saloğlu” mebel fabriki ilə əlaqə: +994 55 525 85 00

Veb-sayt: www.saloglu.com

Instagram: @saloglumebel

Qaynar xətt: *1441