Azərbaycan və Ukrayna saziş imzaladı

azerbaycan-ve-ukrayna-sazis-imzaladi
Oxunma sayı: 513

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüş keçirib.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, ticarət, əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırıblar.

Tərəflər regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib, Azərbaycanla Ukrayna arasında yüksək səviyyəli dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi çərçivəni daha da gücləndirəcək Azərbaycanla Ukrayna arasında Mülki və Ticarət İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar.