Salyanda baş verən qəzada iki nəfər öldü

salyanda-bas-veren-qezada-iki-nefer-oldu
Oxunma sayı: 1458

Salyan-Şirvan magistralında, Salyan rayonunun Qırxçıraq kəndi ərazisində “VAZ 2107” markalı avtomobil kanala aşıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Bərdə sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev və Ağdaş sakini, 1983-cü il təvəllüdlü Quliyev Qərib Yenidünya oğlu boğularaq ölüblər.
 
Faktla bağlı Salyan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.