Salyandan Rusiyaya qaçan şəxs tutuldu

salyandan-rusiyaya-qacan-sexs-tutuldu
Oxunma sayı: 2039

Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan RPŞ tərəfindən barəsində ölkələrarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Vüsal Quliyev Rusiya ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, V.Quliyev oğurluq əməlində ittiham edilir. Onun barəsində Salyan RPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə iş açılıb.

Nizam Rza