Şamaxıda 51 yaşlı kişini maşın vurdu

samaxida-51-yasli-kisini-masin-vurdu
Oxunma sayı: 1208

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
"Opel" markalı minik avtomobili yolu keçən piyadanı, Ağsu rayon sakini, 1967-ci il təvəllüdlü Daşdıyev Kamil Mehbalı oğlunu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.