Şamaxıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir.
“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax, həmçinin Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarlarında rayon icra hakimiyyəti tərəfindən ağacəkmə aksiyaları keçirilib.
Məlumat üçün bildiririk ki, son illər ərzində Şamaxı rayonu ərazisində ətraf mühitin mühafizəsi və yaşıl zonaların bərpası məqsədilə hər il on minlərlə müxtəlif növ ağaclar əkilir.