“Şamaxı”nın yeni baş məşqçisi açıqlandı

samaxinin-yeni-bas-mesqcisi-aciqlandi
Oxunma sayı: 2677

Azərbaycan 1-ci liqa təmsilçisi “Şamaxı”nın yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Ramiz Məmmədov gətirilib.

Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı, mövsümün sonuna kimi komandanın baş məşqçisi kimi də fəaliyyət göstərəcək. 

Qeyd edək ki, bir neçə gün əvvəl Vüqar Əsgərli "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa vermişdi.