Azərbaycan Tibb Universitetinin dosenti Şamil Qəşəm oğlu Vəliyevin ölümündən 40 gün keçir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın elm ictimaiyyətinin nümayəndəsi martın 23-ü dünyasını dəyişib. Hər zaman elmi tədqiqat və ictimai işlə məşğul olaraq fəaliyyətinə görə fərqlənmə nişanları və mükafatlarla təltif edilən Şamil Vəliyev bir çox kitab və dərsliklərin müəllifi olub.
Ş. Vəliyev 10 avqust, 1937-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (Misginli) kəndində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1957-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1962-ci ildə universiteti bitirib.
Şamil Vəliyev universiteti bitirən kimi əmək fəaliyyətinə elə öz doğma kəndində başlayıb və 1964-cü ilə qədər orda həkim olaraq çalışıb. 1965-1967-ci illərdə o, Bakıda Uşaq Stomotoloji Klinikasında işləməklə yanaşı, 1-ci Tibb Texnikumda müəllim vəzifəsini icra edib.
Şamil Vəliyev təhsilini davam etdirərək 1967-ci ildə aspiranturaya daxil olub. Oxuduğu müddətdə müxtəlif jurnallarda çox sayda məqaləsi dərc edilib. 1970-də aspiranturanı bitirdikdən sonra, həmin ildən 2019-cu il 1 sentyabra kimi Tibb Universitetinin “İnsanın normal anatomiyası” kafedrasında dostent vəzifəsində çalışıb. O, eyni zamanda uzun müddət universitetin 1-ci tibbi profilaktika fakültəsində dekan müavini, daha sonra isə dekan vəzifəsini icra edib.
Müxtəlif illərdə Azərbaycan Radio və Televiziya Verlişləri Komitəsində “Sağlamlıq” radio jurnalının aparıcısı və Azərbaycan Sovet Ensiklopediyasının Tibbi redaksiyasının böyük elmi redaktoru olaraq işləyib.
Azərbaycan elmində əvəzsiz xidmətləri olan təcrübəli müəllim Azərbaycan Tibb Universitetinin dosenti Şamil Qəşəm oğlu Vəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq!
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər