Samir Salam və A.Çelentanonun "Çağrı"sı

samir-salam-ve-acelentanonun-quotcagriquotsi-
Oxunma sayı: 1384


“Qafqazinfo” xəbər verir ki, "Yeni Yurd" Təşkilatının yardımı ilə baş tutan  tədbirdə tanınmış ilahiyyatçılar, müğənnilər, eləcə də klipin yaradıçı komandası iştirak edirdi. Əvvəlcə Samir Salam təqdimatın  əlil qardaş və bacılarının iştirakı ilə keçirilməsindən çox məmun olduğunu bildirdi. "Çağrı" mahnısının sözlərinin özünə, musiqisinin isə dünyaca məşhur olan Adriano Çelentanoya aid olduğunu qeyd etdi. İnsanları mərhəmətli olmağa səsləyən klipin ssenarisi tanınmış rejissor Şahin Zəkizadəyə məxsusdur. 

Klipdə dünyada baş vermiş faciələrdən, döyüş ocaqlarından, o cümlədən Azərbaycanın qara günlərindən kadrlar yer alır. Süjet xəttinə gəlincə, klipin əvvəlində Samir Salam oğlunu evdə tv qarşısında qoyub gedir. Balaca uşaq həmin kadrları izlədikcə ağlayır, həyəcan keçirir. Evə xanımı ilə dönən Samir Salam uşaqlarının qocaldığını görürlər. Uşağın bir neçə saatda qocalmasını göstərməklə, klip müəllifi insanın baş verən müsibətlər qarşısında  nə qədər böyük əzab çəkdiyini ifadə etmək istəyib.


Raminə