Zavoddakı yanğın söndürüldü - Video - Yenilənib

zavoddaki-yangin-sonduruldu
Oxunma sayı: 776

Gəncədə gecə saatlarında “Bizim Ailə” tum fabrikində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən briqadalar göndərilib.

Yanğının söndürülməsi üçün əlavə qüvvələr də cəlb olunub.

***

Hadisə zamanı 1500 kv.m sahədə olan müəssisə yanıb. Fabrikdə tezalışan materiallar çoxluq təşkil etdiyindən müəssisə qısa zamanda alovlara qərq olub. Yanğının söndürülməsinə ətraf rayonlardan qüvvələr cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

FHN-dən bildirilib ki, Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

Yunis Quliyev