Samuxda heyvanı qamçı ilə döyən çoban məsuliyyətə cəlb edildi

samuxda-heyvani-qamci-ile-doyen-coban-mesuliyyete-celb-edildi
Oxunma sayı: 2893

Sosial şəbəkələrdə Samuxda çobanın bir qoyunu qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.

Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev