Sarkisyandan "Putinə zəng vur" xahişi

sarkisyandan-quotputine-zeng-vurquot-xahisi-
Oxunma sayı: 3835


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, məktubda əsirin qohumları Sarkisyanı Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən istifadə etməklə onunla əlaqə saxlamağa çağırıblar:

“Biz bilirik ki, bu gün Rusiya prezidenti Vladimir Putin Bakıya gəlir. Sizdən xahiş edirik, vəziyyətdən istifadə edərək onunla əlaqə saxlayasınız ki, oğlumuz üçün vasitəçilik etsin. 

Hesab edirik ki, sizin şəxsi və xalqlarımızın əsrlərlə davam edən dostluğu ona müraciət etməmizə və yardım əldə etməyimizə imkan verəcək. Oğlumuzun müsahibədə dedikləri həqiqət ola bilməz. Bu, diktə olunmuş nitq idi. Biz onda qorxu və dəhşət gördük. Nə qədər ki gec deyil oğlumuza yardım edin”.