İyunun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 7.30-dək imtahan binasında olmalıdırlar. İmtahana gecikənlər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 8.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlanacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://www.dim.gov.az/exam/sat/ keçidindən əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər