Saxta içkilər istehsal edən müəssisə aşkarlandı - Fotolar

saxta-ickiler-istehsal-eden-muessise-askarlandi
Oxunma sayı: 2977

Ağstafa şəhəri, Ü.Hacıbəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər müəyyən edilib.

Yoxlama zamanı müəssisədə 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq, 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad, 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.