Seçkilərdə daha bir sürpriz...

seckilerde-daha-bir-surpriz
Oxunma sayı: 10139

Milli Məclisə dünən keçirilən seçkilərdə bəzi sürprizlər olub.

“Qafqazinfo” xəbər verir ki, bu sürprizlərdən biri ilə də Ədalət Partiyasının sədri İlyas İsmayılov qarşılaşıb. Belə ki, o iki dəfə ardıcıl deputat seçildiyi 106 saylı Tovuz – Qazax – Ağstafa seçki dairəsində üçüncü yeri tutub. Həmin dairədə bütün məntəqələrdə səsvermənin nəticələri acıqlanıb. Nəticələrə görə 16086 səslə bitərəf namizəd Ağayeva Ülviyyə Cavanşir qızı qalib gəlib. İ. İsmayılov 2132 səslə üçüncü yeri tutub.