Futbol üzrə 2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, ilk oyun günündə altı qarşılaşma keçirilib.
Günün ən çox maraq doğuran matçında İngiltərə millisi Albaniya ilə qarşılaşıb və gözlənildiyi kimi meydanı qələbə ilə tərk edib. Digər diqqətçəkən görüşlərdən biri isə Polşa və Litva yığmaları arasında olub. Polşalılar çətin mübarizədə minimal hesabla qalib gəliblər.
Seçmə mərhələnin ilk turunda qeydə alınan ümumi nəticələr belədir:
H qrupu
Kipr – San Marino 2:0
Rumıniya – Bosniya və Herseqovina 0:1
G qrupu
Polşa – Litva 1:0
Malta - Finlandiya 0:1
K qrupu
İngiltərə - Albaniya 2:0
Andorra – Latviya 0:1