“Sədərək”də sahibkarlar etiraz edir - Foto

sederekde-sahibkarlar-etiraz-edir
Oxunma sayı: 9872

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb sahibkarların bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.

Həmçinin oxuyun: "Как прожить врачу с пенсией в 320 манатов?!"

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

Nizam Rza