Sədr “110-dan yuxarı sürə bilər” desə də... - Foto

sedr-110-dan-yuxari-sure-biler-dese-de
Oxunma sayı: 8011

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda radar nişanları quraşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu isə tezliklə ödənişli yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması anlamına gəlir.

Qeyd edək ki, bir neçə gün öncə AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov mətbuata açıqlamasında  “Biz  sürücülərə xəbərdarlıq məqsədilə məlumat vermişik. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110-dan yuxarı kim istəyirsə, sürə bilər” demişdi.

Saleh Məmmədovun bu açıqlaması sosial şəbəkələrdə ciddi şəkildə tənqid olunmuşdu.

Onu da əlavə edək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.